
Millimiz Paraqvay yığmasına da məğlub oldu
- 15 Mar 2025 17:20
- 71
Azərbaycan millisi Bolqarıstanın Varna şəhərində təşkil olunan həndbolu inkişaf etməkdə olan ölkələrin çempionatında növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, yığma 5-8-ci yerlər uğrunda qarşılaşmada Paraqvayla üz-üzə gəlib.
Matç rəqib komandanın 34:22 hesablı qələbəsi ilə bitib.
Azərbaycan millisi B qrupunu sonuncu sırada bitirib. Komanda Moldova (21:33), Nigeriya (17:29) və ABŞ (25:45) yığmalarına uduzub.