Millimiz Polşaya da quru hesabla uduzdu
- 11 Yan 2020 00:35
- 1106
Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa olimpiya təsnifat turnirində son oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, Niderlandda təşkil olunan yarışda komandamız 3-cü görüşdə Polşa ilə üz-üzə gəlib.
Qarşılaşma polşalı voleybolçuların üstünlüyü ilə keçib. Vasif Talıbovun rəhbərlik etdiyi yığmamız 3 set davam edən matçda quru hesablı məğlubiyyətə üzülüb.
Bununla da, keçirdiyi hər üç oyunda məğlub olan millimiz turnirlə vidalaşıb.