Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası qitə birinciliyinin seçmə mərhələsində mübarizəyə başlayıb. "Rekord.az" xəbər verir ki, yığmamız Gürcüstanda keçirilən Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində Monteneqro kollektivi ilə üz-üzə gəlib.

F qrupunun birinci dövrəsinin ilk matçı komandamız üçün uğursuz alınıb. 
Pərviz Səmədovun rəhbərlik etdiyi millimiz ilk iki setdə məğlub olduqdan sonra (23:25, 21:25) fərqi azaldıb. Voleybolçularımız üçüncü hissəni 25:21 hesabı ilə aktivinə yazıb. IV set isə sonuncu olub. Bu dəfə 25:15 hesabı ilə qalib gələn monteneqrolular yekunda 3:1 hesablı qələbəyə seviniblər. 

Qrupumuzun bu gün baş tutan digər oyunu Gürcüstan və Yunanıstan arasında olub. Ev sahibi debütdə 0:3 (12:25, 14:25, 12:25) hesabı ilə məğlub olub. 

Beləliklə, I dövrənin ilk turunu Monteneqro və Yunanıstan 3 xalla başa vurublar. 
Qeyd edək ki, Avropa çempionatının təsnifat mərhələsində 7 qrupda 26 komanda mübarizə aparır. Onlardan 12-si – 7 qrup birincisi və ən yaxşı ikinci yerin sahibi olacaq 5 ölkə AVRO-2021-ə vəsiqə qazanacaq.

AVRO-2021-in təsnifat mərhələsi
F qrupu
I tur
   Azərbaycan – Monteneqro 1:3 (23:25, 21:25, 25:21, 15:25)
   Gücüstan – Yunanıstan 0-3 (12:25, 14:25, 12:25)