19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.


Rekord.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz İsveçrə yığması ilə üz-üzə gəlib.


Kiprin “Kouklia Community” stadionunda təşkil olunan qarşılaşma İsveçrə komandasının 8:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Qeyd edək ki, U-19 qrupda ikinci oyununu noyabrın 29-da Estoniya seçməsinə qarşı keçirəcək.