Millimiz seçmə mərhələdə ilk oyununu keçirdi, darmadağına üzüldü
- 13 Noy 2024 16:40
- 74
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Rekord.az xəbər verir ki, 6-cı qrupda yer alan millimiz Macarıstan yığması ilə üz-üzə gəlib.
Rumıniyanın “Tunari” stadionunda təşkil olunan görüş Macarıstan seçməsinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
U-17 növbəti oyununu noyabrın 16-da Yunanıstan yığmasına qarşı keçirəcək.