17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının ikinci seçmə mərhələsində ilk oyununu keçirib.


Rekord.az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan millimiz Albaniya yığması ilə üz-üzə gəlib.


Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 47-ci dəqiqədə Tunar Rzayev vurub.


U-17 növbəti oyununu martın 22-də Uels yığmasına qarşı keçirəcək.