Millimiz Slovakiya ilə heç-heçəyə razılaşdı
- 01 Fev 2020 21:50
- 843
Futzal üzrə Azərbaycan milli komandası DÇ-2020-nin elit-raund mərhələsində bu gün son oyununu keçirib.
Rekord.az xəbər verir ki, milli komanda Bakı vaxtı ilə saat 20:00-da Slovakiya futzalçıları ilə qarşılaşıb.
Sözügedən mərhələdə indiyədək iki qarşılaşma keçirən yığma komanda Xorvatiya millisinə 0:2 hesabı ilə məğlub olub, Rusiyaya isə 4:3 hesabı ilə qalib gəlmişdi.
Azərbaycan millisi qrupdan çıxmaq üçün bu gün Slovakiyaya qalib gəlməli, Xorvatiya isə Rusiyaya məğlub olmamalı idi.
Görüşü Ancelo Qalante, Kiara Perona və Nikola Manzione (hakimlər briqadası İtaliyadandır) idarə ediblər. Azərbaycan futzalçıları bu görüşdən heç-heçə ilə ayrılıb. Bu üzdən də bütün suallara qrupun sonuncu oyununda aydınlıq gələcək.
DÇ-nin elit-raund mərhələsi
1 fevral
Azərbaycan – Slovakiya 3:3
Qol: Marian Hudek, 08:10. Matuş Çevçik, 30:42. Matuj Kijovski, 39:52 – Rafael Vilela, 16:21. Matuj Kijovski, 28:51-öz qapısına. Bolinya, 39:57.
Qırmızı vərəqə: Eduardo Borges, 39:37.
Xorvatiya, “Qradski vrt Arena”.
Slovakiya: 12. Riçard Oberman (q), 3. Martin Zdrahal, 10. Marek Belanik, 11. Matuj Kijovski, 16. Tomaş Drahovski (k), 1. Milan Herko (q), 4. Erik Klema, 5. Qabriel Rick, 6. Martin Pechy, 7. Matuş Çevçik, 8. Marian Hudek, 15. Vojtech Turek
Baş məşqçi: Marian Berky
Azərbaycan: 12. Rövşən Hüseynli (q), 10. Oliveyra Da Nascimento “Vassura”, 9. Rafael Vilela, 13. Kardoso Everton, 6. Eduardo Borges, 1. Emin Kürdov (q), 3. Tyaqo Telles Martins “Bolinya”, 5. Amir Şocaei, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 17. İsa Atayev, 16. Conatan Luiz De Angelis “Batton”, 7. Ramiz Çovdarov, 20. Eshaq Soorqali
Baş məşqçi: Joze Alesio Da Silva