Millimiz Slovakiyaya yenə uduzdu
- 14 Okt 2024 21:52
- 211
Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında növbəti matçına çıxıb.
Rekord.az xəbər verir ki, yığmamız dördüncü oyununda Slovakiya millisini qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunu norveçli hakimlər idarə ediblər.
Xatırladaq ki, yığmamız Slovakiyaya səfərdə 0:2 hesabıyla uduzmuşdu. Fernando Santoslu millimiz İsveçlə ev, Estoniya ilə səfər oyunlarında isə 1:3 hesablı məğlubiyyətlərə üzülmüşdü.
Slovakiya ilə ev oyunumuz da 1:3 hesablı məğlubiyyətlə yekunlaşıb.
Bu gün qrupumuzun digər oyununda İsveç Estoniyanın qonağı olacaq.
UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
14 oktyabr
Azərbaycan - Slovakiya 1:3
Qollar: Toral Bayramov, 38 – Rahil Məmmədov, 15-öz qapısına. Lukaş Haraslin, 75. David Duriş, 87.
Qırmızı vərəqə: Mahir Emreli, 70 (ikinci sarı).
Baş hakim: Rohit Saqqi (Norveç).
Tofiq Bəhramov adına Respublika stadionu.
Azərbaycan: 1. Mehdi Cənnətov, 3. Elvin Cəfərquliyev, 5. Anton Krivotsyuk, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov (k), 17. Toral Bayramov, 18. Ceyhun Nuriyev, 20. Aleksey İsayev, 21. Qismət Alıyev.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 2. Şəhriyar Əliyev, 4. Zamiq Əliyev, 6. Ozan Can Kökçü, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 14. Rüstəm Əhmədzadə, 16. Vadim Abdullayev, 19. Xəyal Nəcəfov, 22. Abbas Hüseynov.
Baş məşqçi: Fernando Santos.
Slovakiya: 1. Marek Rodak, 2. Peter Pekarik, 5. Lübomir Şatka, 7. Tomaş Suslov, 8. Andrey Duda, 10. Laslo Benes, 14. Milan Şkrinyar (k), 15. David Streleç, 16. David Hansko, 17. Lukaş Haraslin, 22. Stanislav Lobotka.
Ehtiyat oyunçular: 12. Dominik Takaç, 23. Henrix Ravas, 3. Samuel Kozlovski, 4. Mixal Tomiç, 6. Norbert Dyomber, 9. Robert Bojenik, 11. Lübomir Tupta, 13. Patrik Hroşovski, 18. Leo Sauer, 19. Tomaş Riqo, 20. David Duriş, 21. Kristian Herç.
Baş məşqçi: Françesko Kaltsona.