Azərbaycanın qadın voleybolçulardan ibarət yığması qitə birinciliyinin seçmə mərhələsinə və İslamiadaya hazırlığını ölkə xaricində davam etdirəcək. "Rekord.az" xəbər verir ki, bu məqsədlə komandamız bu gün Sloveniyaya yollanıb.

Eldar Yusubovun çalışdırdığı millimiz mayın 30-dan başladığı məşqin növbəti mərhələsini Mariborda keçəcək.

Mariborda toplanış iyulun 31-də yekunlaşacaq. Hazırlıq çərçivəsində millinin Sloveniya yığması ilə bir neçə yoxlama matçı da planlaşdırılır. 

Qeyd edək ki, voleybolçularımız AVRO-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya, İslam Həmrəyliyi Oyunlarında isə B qrupunda Əfqanıstan, Seneqal və Kamerun yığmaları ilə üz-üzə gələcək.