Millimiz Sofiya Açıq Avropa turnirində iştirakdan imtina etdi
- 10 Fev 2023 14:30
- 426
11-12 fevralda Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçiriləcək böyüklər arasında cüdo üzrə Açıq Avropa turnirində Azərbaycan yığmasının üzvləri iştirak etməyəcək.
Rekord.az xəbər verir ki, buna Türkiyədə əlverişsiz hava şəraiti nəticəsində İstanbul hava limanında uçuşların təxirə salınması səbəb olub.
İdmançılarımız yarışın çəki vaxtına Sofiyaya çata bilməyəcəkləri üçün turnirdə iştirakları ləğv olunub.
Bununla belə, A kateqoriyalı beynəlxalq dərəcəli hakimlərimiz Arzu Acalova və Fariz Hüseynov yarışda ədalət təmsilçiləri sırasında yer alacaqlar.