
Millimiz toplanışın növbəti mərhələsinə start verdi
- 01 Apr 2025 18:00
- 78
Azərbaycanın kişi boksçulardan ibarət millisi təlim-məşq toplanışının növbəti mərhələsinə start verib.
Rekord.az Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıqlar baş məşqçi Ravşan Xocayevin rəhbərliyi altında Göygöldən sonra Bakıda davam etdirilir.
Bakı Boks Mərkəzində təşkil olunan toplanışda Gürcüstan, Özbəkistan və Qazaxıstan milliləri də iştirak edirlər. Birgə məşqlər aprelin 10-da yekunlaşacaq.