19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının əsas mərhələsində son oyununu keçirəcək.


Rekord.az xəbər verir ki, millimiz Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.


Komandamız bu qrupdakı ilk oyununda Bosniya və Herseqovinaya 2:10 hesabıyla uduzsa da, ikinci turda Xorvatiya ilə sülh bağlayıb – 3:3.


Azərbaycan – Türkiyə

Hakimlər: Filipa Prata (Portuqaliya), Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya)

Timekeeper: Luka Kovaç Levantin (Xorvatiya)

Hakim-isnpektor: Victor van Helvoirt (Niderland)

UEFA nümayəndəsi: Fabrizio Di Felice (İtaliya)

Ribnjak İdman Arenası. Saat 19:00