Millimiz türkiyəli baş məşqçi ilə yollarını ayırdı
- 23 Okt 2023 21:02
- 364
Qadın voleybolçulardan ibarət millimizin baş məşqçi Ataman Güneyligil ilə yolları ayrılıb. "Rekord.az" xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov məlumat verib.
Qurum rəhbəri bu gün keçirilən ölkə çempionatlarının püşkatma mərasimində jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, türkiyəli çalışdırıcı ilə müqavilə uzadılmayıb.
Şahin Bağırov həmçinin qeyd edib ki, milliyə yeni baş məşqçi gətirmək istiqamətində Gənclər və İdman Nazirliyi ilə birgə fəaliyyət göstəriləcək.
Qeyd edək ki, Ataman Güneyligil bu il mayda yığmamızın başına gətirilmişdi. Türkiyəli çalışdırıcıya böyük ümidlər bəslənsə də, o, gözlənilən nəticəni vermədi və komandamız Avropa çempionatında qrupda qaldı. Onun bu uğursuzluğun səbəbini isə oyunçularımızın üstünə yıxması voleybol sevərlər və mütəxəssislər tərəfindən etirazla qarşılanıb.