Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində çıxışını davam etdirir. "Rekord.az" xəbər verir ki, bu gün komandamız səfərdə Türkiyə kollektivi ilə üz-üzə gəlib.

A qrupunda mübarizə aparan Pərviz Səmədovun rəhbərlik etdiyi milli İstanbulda Burhan Fələk Voleybol Salonunda baş tutan matçdan xalsız ayrılıb. Yığmamız üç setdə (25:15, 25:16, 25:19) rəqibinə məğlub olub.

Qeyd edək ki, millimiz Türkiyə ilə Bakıda keçirilən ilk matçda da 3:0 hesabı ilə uduzub. Komandamız AVRO-2023-ün təsnifat mərhələsində son matçını avqustun 20-də Danimarkaya qarşı keçirəcək.

Ümumilikdə təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq. 

 
AVRO-2023-ün təsnifat mərhələsi
A qrupu 
17  avqust
   Türkiyə - Azərbaycan 3:0 (25:15, 25:16, 25:19)