17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda bu gün sonuncu oyununu keçirəcək.


Rekord.az xəbər verir ki, U-17 üçüncü yer uğrunda görüşdə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.


Öz qruplarında ikinci yeri tutaraq bürünc mükafat uğrunda matça vəsiqə qazanan komandaların qarşılaşması Bakı vaxtı ilə saat 13:20-də başlayacaq.


Millimiz qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.