
Millimiz UEFA İnkişaf Turnirindəki ilk oyununda məğlub olub
- 14 Apr 2025 18:30
- 80
17 yaşadək oğlan futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan millisi Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirindəki ilk oyununda məğlub olub.
Rekord.az xəbər verir ki, U-17 meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
“Zimbru” stadionunda keçirilən görüş Moldova yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, milli turnirdə növbəti matçlarını aprelin 16-da Gürcüstan, 19-da isə Estoniya ilə keçirəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.