Minifutbol üzrə U-23 Azərbaycan millisi oktyabrın 7-10-da Xorvatiyada təşkil olunacaq dünya çempionatının hazırlığını davam etdirir.

Rekord.az xəbər verir ki, Rəcəb Fərəczadənin baş məşqçisi olduğu yığma bu gün açıq məşqə çıxıb.

Komanda mundiala 17 nəfərlik heyətlə yollanacaq. Onlardan 14-ü oyunçu, 3-ü qapıçıdır.

Dünya çempionatında millimiz Çexiya, Serbiya və Hindistanla bir qrupda mübarizə aparacaq.