Bu gün futzal üzrə Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.


Rekord.az xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi komanda səfərdə Xorvatiya ilə üz-üzə gəlib.


Pula şəhərində  keçirilən görüş Azərbaycan yığmasının böyük hesablı məğlubiyyəti ilə başa çatıb.


Qeyd edək ki, millimiz qrupdakı ilk matçında Bakıda İsveçlə heç-heçə edib - 3:3.


AÇ-2026

31 yanvar


Xorvatiya - Azərbaycan 9:2

Qollar: Periç 2,49 (1:0), Çekol, 10,54 (2:0), Kuraja, 15,44 (3:0), Yelovçiç, 21,21 (4:0), Kuraja, 25,20 (5:0), Ülvi Əliyev, 27,11 (5:1), Moravaç, 29,23 (6:1), Mataja, 31,14 (7:1), Oktay Rüstəmli, 32,12 (7:2), Postruzin, 35,58 (8:2), Vukmir, 39,16 (9:2)

Hakimlər: Viktor Bugenko (Moldova), Qriqori Oşomkov (Estoniya), Yaqnar Yakobson (Estoniya)

Timekepeer: Dino Kramar (Xorvatiya).