Azərbaycanın futzal millisi AÇ-2026-nın əsas mərhələsində səfərdə Yunanıstana məğlub olub.


Rekord.az xəbər verir ki, Afinadakı "DAİS Sports Hall"da baş tutan 5-ci qrupun matçında yığmamız 2:3 hesabı ilə uduzub.


Millimizin heyətində Kənan Manafov (32, 39) dubl müəllifi olub.


Tərəflər arasında Bakıda baş tutan ilk matçda qalib müəyyənləşməyib - 2:2.