Millimizdən Rumıniya ilə heç-heçə
- 19 Noy 2024 16:32
- 101
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsindəki üçüncü oyununda heç-heçə edib.
Rekord.az xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv Rumıniya ilə üz-üzə gəlib.
Rumıniyanın Buftya şəhərində təşkil olunan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Komandamızın heyətində Əlibəy Mahmudov 82-ci dəqiqədə fərqlənib.
U-17 daha əvvəl Yunanıstana üç, Macarıstana isə dörd cavabsız qolla məğlub olub.