
Millimizdən Uels yığması ilə heç-heçə
- 22 Mar 2025 17:00
- 96
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 2-ci seçmə mərhələsində ikinci oyununu keçirib.
Rekord.az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan millimiz son görüşündə Uels yığması ilə üz-üzə gəlib.
Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunan qarşılaşma 0:0 hesablı heç-heçə yekunlaşıb.
U-17 qrupun ilk oyununda Albaniya (1:4) ilə qarşılaşıb.