Millimizdən uğursuz start
- 09 Okt 2019 19:00
- 965
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinə start verib.
Futbolinfo.az xəbər verir ki, komandamız bu gün ilk oyununu keçirib.
Frydek-Mistek şəhərindəki "Stovki" stadionunda baş tutan qarşılaşmada millimiz Norveçin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib. Qarşılaşmanın taleyini bir qol həll edib. Matçın əvvəlindəcə avtoqola üzülən komandamız qalan dəqiqələrdə buraxılan topun əvəzini çıxa bilməyib və meydanı minimal hesablı məğlubiyyətlə tərk edib.
AÇ-nin seçmə mərhələsi
7-ci qrup
9 oktyabr
Azərbaycan - Norveç 0:1
Qol: E.İbrahimov, 6-öz qapısına.
Hakimlər: Fran Yoviç, Xrvoye Radiç (Xorvatiya), Radim Dresler, Yan Petrik (Çexiya).
Frydek-Mistek, "Stovki" stadionu.
Azərbaycan: 12. Əkbər Vəliyev, 2. Elnur İbrahimov, 4. Şahin Sahan Muersel, 6. İdris İnqilablı, 9. Musa Qurbanlı, 10. Turan Vəlizadə (k), 11. Tural Bayramov, 14. Ədilxan Qarəhmədov, 16. Nihad Quliyev, 18. Emre Kaplan, 21. İsmayıl Zülfüqarlı.
Ehtiyat oyunçular: 22. Ayxan Arazlı, 3. Murad Məmmədov, 5. Xəyal Muradov, 7. Samir Qurbanov, 8. Təbriz İsazadə, 15. Nihad Qurbanlı, 17. Əli Mürsəlov, 19. Veysəl Rzayev, 20. Rüfət Abdullazadə.
Baş məşqçi: Samir Əliyev.
Norveç: 1. Rasmus Sandberq, 2. Leo Kornik, 3. Sturla Ottesen, 6. Kristoffer Askildsen, 7. Elnar İversen, 8. Tomas Rekdal (k), 9. Noah Jean Holm, 10. Edvard Tagseth, 14. Ole Martin Kolskogen, 15. Yosef Brian Baccay, 18. Yoshua Kitolano.
Ehtiyat oyunçular: 12. Oliver Petersen, 4. Bjom Malend, 11. Kornelius Hansen, 16. Sivert Mannsverk, 17. Mathias Kjolo, 19. Mustafa Fofana, 20. Emil Konradsen Ceide, 21. Fredrik Oppeqard, 22. Elvind Helgesen.
Baş məşqçi: Pal Arne Yohansen.