Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Olena Xarçenkonun komandası Türkiyə birinciliyində növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Çukurova BLD. Adana Demirspor" 11-ci turda "Nilüfer" klubunun qonağı olub. 

Qarşılaşma gərginliyi ilə yadda qalıb. 5 set davam edən səfər matçında Olena və rəfiqələri 3:2 (26:28, 24:26, 25:20, 25:18, 16:14 ) hesablı qələbə qazanıblar. 

Komandasının çətinliklə qalib gəldiyi görüşdə yığmamızın üzvü meydana çıxmayıb.