Millimizin 2 oyununa hakim təyinatları açıqlandı
- 12 Okt 2019 15:22
- 746
2020-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının əsas mərhələsində mübarizə aparacaq Azərbaycan milli komandasının 2 oyununa hakim təyinatları açıqlanıb.
Rekord.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, oktyabrın 23-də Moldova ilə oyunun baş hakimi çexiyalı Ondrey Çerni olacaq. Ona latviyalı İnqus Purins və alman İnqo Himsot kömək edəcək.
Oktyabrın 24-də keçiriləcək Azərbaycan – Monteneqro oyununun baş hakimi isə İnqo Himsot olacaq. Ona Ondrey Çerni və portuqaliyalı Miqel Kastilyo kömək edəcək.
Futzal, DÇ-2020
23 oktyabr
20:00 Azərbaycan – Moldova
Hakimlər: Ondrey Çerni (Çexiya), İngus Puriņs (Latviya), İnqo Himsot (Almaniya).
24 oktyabr
20:00 Azərbaycan – Monteneqro
Hakimlər: İnqo Himsot (Almaniya), Ondrey Çerni (Çexiya), Miqel Kastilyo (Portuqaliya)