Millimizin 2 üzvü beynəlxalq turnirin 1/4 finalında
- 09 Fev 2023 17:16
- 461
Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirə start verilib.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının 2 üzvü yarışa qələbə ilə başlayıb.
54 kq çəki dərəcəsində mübarizə aparan Nicat Hüseynov 1/8 final mərhələsi çərçivəsində slovakiyalı Tibor Katona ilə üz-üzə gəlib. Gərgin keçən döyüş Avropa çempionumuzun 3:2 (28*:28, 29:28, 30:27, 28:28*, 28:29) hesablı qələbəsi ilə yekunlaşıb. O, 1/4 finalda Qabor Virbanla (Macarıstan) qüvvəsini sınayacaq.
Millimizin digər boksçusu Rəşid Həsənov (71 kq) isə qırğızıstanlı Sirqak Uulu Abdijaparı yarışdan kənarlaşdırıb. O, rəqibini 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:25) hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Həsənov ikinci döyüşündə Yermanxan Jakpekovla (Qazaxıstan) münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, yarışda 26 ölkədən 294 boksçunun qatıldığı turnirin üçüncü günündə Azərbaycan yığmasının 3 idmançısı rinqə çıxacaq.