Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandasınını Avropa çempionatının seçmə mərhələsindəki oyunları idarə edəcəklər hakimlərin adları bəlli olub. "Rekord.az" xəbər verir ki, yığmamız 7-16 may tarixlərində baş tutacaq təsnifat mərhələsində F qrupunda mübarizə aparacaq. 

Voleybolçularımızın Monteneqro, Gürcüstan və Yunanıstanla görüşlərinə 4 referi təyinat alıb. Qarşılaşmalarda hakim funksiyasını Türkiyədən olan Erdal Akıncı, ukraynalı Mixail Medved, rusiyalı Vladimir Oleynik və bolqar Dobromir Dobrev yerinə yetirəcəklər.

Qeyd edək ki, I dövrənin oyunları mayın 7-9-da Gürcüstanda, II dövrənin oyunları mayın 14-16-da Monteneqroda təşkil olunacaq. Komandamız ilk matçını mayın 7-də Monteneqro millisinə qarşı keçirəcək.