Qadın vooleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb. "Rekord.az" xəbər verir ki, baş məşqçi Ataman Güneyligil yarışa 15 oyunçu ilə yollanıb.

Komandamız C qrupunda yer alıb və bu qrupa Almaniya ev sahibliyi edir. Rəqiblərimiz meydan sahibləri ilə yanaşı, Türkiyə, Çexiya, İsveç və Yunanıstandır. Millimiz ilk oyununu ayın 18-də Çexiyaya qarşı keçirəcək.

Yığmamızın heyəti

Hücumçular: Polina Rəhimova, Yelizaveta Ruban, Odina Əliyeva, Nikalina Başnakova, Marqarita Stepanenko, Kseniya Pavlenko.

Blokçular: Ayşən Abduləzimova (K), Olena Xarçenko, Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova.

Toppaylayıcılar: Kristina Besman, Yana Doroşenko.

Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva

Baş məşqçi: Ataman Güneyligil

Köməkşi məşqçilər: Gencer Yarkin, Famil Ağayev, Emin Əbilov