Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçi postuna 32 namizəd var.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın yeni icraçı vitse-prezidenti Elxan Məmmədov bildirib. 

Məmmədov, hələ heç bir namizədlə danışıqların aparılmadığını söyləyib. O, İcraiyyə Komitəsinin növbəti iclasınadək bu sayın 15-ə endiriləcəyini və nəticədə yekun qərarın qəbul olunacağını deyib.

İcraçı vitse-prezidentin sözlərinə görə, namizədlərə titullu mütəxəssislər də, hələ özünü təsdiqləməyənlər də təklif edilib. O, növbəti iclasın 15 gün sonra keçiriləcəyini söyləyib.

Məmmədov icraçı vitse-prezident və yeni vitse-prezidentin iş yerinin AFFA-da olacağını da əlavə edib:

“Əvvəlki illərdə digər iki vitse-prezident bizə kömək etsələr də, AFFA-da oturmurdular. İndi isə mən və Vaqif Sadıqov aparılan işlərə görə məsuliyyət daşıyacağıq. Bundan başqa, FİFA və UEFA-da icraçı vitse-prezidentə daha böyük səlahiyyətlər yaradılacaq”.