Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının yeni baş məşqçisi bəlli oldu. "Rekord.az" xəbər verir ki, bu posta "Galatasaray"ın keçmiş çalışdırıcısı türkiyəli Ataman Güneyligil gətirilib. 

Bir çox klublarda çalışmış 41 yaşlı mütəxəssisin son iş yeri "Galatasaray" klubu olub. Klub səviyyəsində bir çox nailiyyəti olan Güneyligil Türkiyənin qadınlardan ibarət U-23 millisinə dünya çempionluğu qazandırıb.