![photo](https://www.rekord.az/storage/news/2025_02_12/c1586e3b_a308_397f_beba_46b17fc8136e_850_1739370249.jpeg)
Millimizin baş məşqçisi Yunanıstanda xüsusi mükafata layiq görüldü
- 12 Fev 2025 20:00
- 81
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Yunanıstanda xüsusi mükafata layiq görülüb.
Rekord.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, o, adıçəkilən ölkənin "Əfsanə" mükafatını alıb.
70 yaşlı mütəxəssisə mükafatı Yunanıstan millisinin sabiq futbolçusu Demis Nikolaidis təqdim edib.
Fernandu Santuş daha əvvəl Yunanıstan millisi ilə yanaşı, bu ölkənin AEK, "Panatinaikos" və PAOK klublarını çalışdırıb.