Millimizin bir üzvü İsveçlə oyunun “23-lüy”ündən kənarda qaldı
- 05 Sen 2024 13:42
- 146
Azərbaycan millisinin bir futbolçusu UEFA Millətlər Liqasının 1-ci turu çərçivəsində bu gün İsveçlə evdə keçiriləcək matçın "23-lüy"ündən kənarda qalıb.
Rekord.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Fernandu Santuş "Zirə"dən Qismət Alıyevin xidmətinə ehtiyac duymayıb.
32 yaşlı oyunçu sözügedən qarşılaşmanı tribunadan izləməli olacaq.
Qeyd edək ki, Azərbaycan – İsveç matçı bu gün, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.