Millimizin çexlərlə oyunu maltalılara tapşırıldı
- 12 Okt 2019 16:00
- 851
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv Çexiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq. Saat 20:00-da başlayacaq qarşılaşmanı maltalı Alan Mario Sant idarə edəcək.
Azərbaycan millisi turnirdəki ilk oyununda Norveçə minimal hesabla məğlub olub – 0:1.
AÇ-nin seçmə mərhələsi
12 oktyabr
20:00 Azərbaycan – Çexiya
Baş hakim: Alan Mario Sant (Malta)
Baş hakimin köməkçiləri: Hrvoje Radiç (Xorvatiya), Luke Portelli (Malta)
Dördüncü hakim: Fran Jovic (Xorvatiya)