Millimizin dünya çempionatı üçün heyəti açıqlandı
- 16 Okt 2019 19:30
- 930
Dünya çempionatının əsas mərhələsinin oyunlarına hazırlaşan futzal üzrə Azərbaycan milli komandasının bu gündən Bakı şəhərində təlim-məşq toplanışı başlayıb.
Rekord.az xəbər verir ki, baş məşqçi Joze Alesio da Silva toplanışa bu futzalçıları dəvət edib:
Rövşən Hüseyinli, Kamran Hacıyev, Nihad İsmayılov, Xətai Bağırov, İsa Atayev, Rizvan Fərzəliyev, Ramiz Çovdarov, Hadi Əhmədi, Vahid Şafiei, Amir Şocaei (hamısı “Araz”) Elnur Zamanov, Oktay Rüstəmli (hər ikisi “Neftçi” İK), Vitali Borisov (Marafon), Faiq Əliyev (EKOL), Teles Martins Thiago (“Norlisk Nikel”, Rusiya), Kardoso Everton (“Levante”, İspaniya), Borges Eduardo (“ACCS Futsal”, Fransa), Oliveira Do Nascimento Uilliams (“Alarabi Sporting Club”, Küveyt), Carvalho Vilela Dos Santos (“Copagril Futsal”, Braziliya), İsaq Surqali (klubsuz).
Azərbaycan milli komandasının sabah - oktyabrın 17-də Bakı İdman Sarayında mətbuat üçün açıq məşqi keçiriləcək. Saat 10:30-da start veriləcək məşqdən 15 dəqiqə əvvəl baş məşqçinin və bir oyunçunun iştirakı ilə brifinq təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2020-nin əsas mərhələsi çərçivəsində oktyabrın 23-də Moldova, 24-də Monteneqro, 26-da isə Slovakiya yığmaları ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək bütün oyunlara saat 20:00-da start veriləcək.
23 oktyabr
Slovakiya – Monteneqro
Bakı İdman Sarayı. Saat 17:00
Azərbaycan – Moldova
Bakı İdman Sarayı. Saat 20:00
24 oktyabr
Moldova – Slovakiya
Bakı İdman Sarayı. Saat 17:00
Azərbaycan – Monteneqro
Bakı İdman Sarayı. Saat 20:00
26 oktyabr
Monteneqro – Moldova
Bakı İdman Sarayı. Saat 17:00
Slovakiya – Azərbaycan
Bakı İdman Sarayı. Saat 20:00