DÇ-2020-nin əsas mərhələsi çərçivəsində Monteneqro ilə keçirilmiş oyun futzal üzrə Azərbaycan millisinin hücumçusu Bolinya üçün əlamətdar olub.

Rekord.az xəbər verir ki, o, millinin forması altında DÇ-lərdə 10-cü qolunu vurub. 

2016-cı ildən Azərbaycan millisinə cəlb edilən hücumçu 7 qolu həmin il Kolumbiyada keçirilmiş dünya çempionatının final mərhələsində rəqib qapılarından keçirib. Hazırkı seçmə mərhələdə isə hücumçu Moldova ilə görüşdə dubl edib, Monteneqronun qapısına isə bir dəfə yol tapıb.