Millimizin futbolçusu Fransaya buraxılmadı
- 08 Okt 2019 23:16
- 901
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tural Bayramlı Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən Fransaya buraxılmayıb.
Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
U-21-in heyətində Fransaya yollanan Tural Bayramlı sabah - oktyabrın 9-da AFFA-nın köməyi ilə Azərbaycana geri göndəriləcək.
Futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi barədə müvafiq orqanlar məlumat verməyib.
AFFA və Fransa Futbol Federasiyası tərəfindən bununla bağlı araşdırma aparılır.
Xatırladaq ki, Tural Bayramlı ötən mövsüm Latviyada, "Dauqavpils" klubunda çıxış edib.