Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsinin son iki turunda Macarıstan və İsveçrə yığmalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.

Rekord.az xəbər verir ki, milli komandamız bu gündən iyulun 7-dək Bakıda gündə iki dəfə olmaqla məşqlər keçəcək. 8 iyul tarixində isə matçlara hazırlıq məqsədilə təlim-məşq toplanışına başlanılacaq.

Millimiz iyulun 12-də “Liv Bona Dea Arena”da Macarıstan, iyulun 16-da isə Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.

Toplanışa dəvət olunan futbolçuların siyahısını təqdim edirik:

1. Aytac Şərifova - Trabzonspor (Türkiyə)
2. Nərgiz Əliyeva - KDZ Eregli Spor (Türkiyə)
3. Günay İsmayılova - Neftçi
4. Mehriban Şahməmmədova - Neftçi
5. Nigar Mirzəliyeva - Zenit (Rusiya)
6. Nərgiz Hacıyeva - Aktobe (Qazaxıstan)
7. Manə Mollayeva - Neftçi
8. Ayşən Əhmədova - Krılya Sovetov (Rusiya)
9. Alina Dorofeyeva - Yenisey (Rusiya)
10. Diana Məmmədova - Yenisey (Rusiya)
11. Fidan Cəfərova - Baku Juniors
12. Vüsalə Hacıyeva - Amedspor (Türkiyə)
13. Kamilla Məmmədova - Okjetpes (Qazaxıstan)
14. Firəngiz Teymurova - Neftçi
15. Jalə Məhsimova - Bəylərbəyi Spor (Türkiyə)
16. Yeliz Acar - Fatih Vətən (Türkiyə)
17. Peritan Bozdağ - Fatih Vətən (Türkiyə)
18. Esra Manya - Beşiktaş (Türkiyə)
19. Kristina Bakarandze - Qalatasaray (Türkiyə)
20. Coşqunə Əliyeva - Neftçi
21. Sevinc Cəfərzadə - Eastern Flames (Səudiyyə Ərəbistanı)
22. Milana Rəhimova - Neftçi
23. Nazlıcan Parlak - Qalatasaray (Türkiyə)
24. Vüsalə Seyfəddinova - Olimpiada İmittou (Yunanıstan)