Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.


Rekord.az xəbər verir ki, qapıçı Şahrudin Məhəmmədəliyev zədə səbəbindən heyətdən çıxarılıb.


Onun əvəzinə “Səbail”in üzvü Əlirza Müştəbazadə milliyə dəvət alıb.


Komandamız bu gün Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək. “Bank Respublika Arena”da təşkil olunacaq oyun saat 21:45-də başlayacaq.