Millimizin hücumçusu əməliyyat edildi
- 22 Okt 2024 16:20
- 152
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov əməliyyat olunub.
Rekord.az xəbər verir ki, bununla bağlı məlumatı futbolçunun çıxış etdiyi "Ankaragücü"nün mətbuat xidməti məlumat yayıb.
1-ci liqa təmsilçisinin yaydığı açıqlamada qasıq nahiyyəsində yırtıq olduğu üçün əməliyyat edilən Dadaçovun 4-6 həftədən sonra məşqlərə başlayacağı bildirilib.
Renat bu mövsüm 1-ci liqada 9 oyuna 2 qol vurub, 1 qol ötürməsi edib.