Millimizin hücumçusu üçüncülük yolunda növbəti qələbəsini qazandı
- 05 May 2023 10:11
- 443
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Nikalina Başnakova Macarıstan çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "Szent Benedek" üçüncülük uğrunda "Fatum" klubu ilə üz-üzə gəlir.
Cütün ilk iki oyununda tərəflər hərəyə bir qələbə qazanmışdı. Növbəti qarşılaşma isə voleybolçumuzun komandasının üstünlüyü ilə keçib. 3 set davam edən matçda Nikalina və rəfiqələri quru hesablı (3:0, 25:17, 25:21, 25:21) qələbə qazanmaqla ümumi hesabı 2:1 ediblər. Bu komandaların mayın 8-də keçiriləcək növbəti görüşündə də "Szent Benedek" qalib gələrsə bürünc medala sahib çıxacaq. Əks təqdirdə sonuncu həlledici oyuna ehtiyac yaranacaq.
Komandasının ümumi hesabda irəli keçdiyi qarşılaşmada yığmamızın üzvü 11 xal qazanıb. Başnakova rəqibi 6 dəfə hucumda, 5 dəfə blokda məyus edib.