Millimizin hücumçusu Vyetnam klubuna keçir
- 26 Dek 2019 16:00
- 749
Almaniyanın “Proyssen” klubunda forma geyinən Azərbaycan millisinin üzvü Rüfət Dadaşov karyerasını Vyetnamda davam etdirə bilər.
Rekord.az xəbər verir ki, 28 yaşlı hücumçu “Nam Din” klubuna keçəcək. Bu barədə Vyetnam mətbuatı məlumat yayıb.
“Nam Din” Vyetnam Liqa 1-də 26 turdan sonra 31 xalla 11-ci sıradadır.
Rüfət Dadaşovun “Proyssen” klubu ilə mövsümün sonuna qədər müqaviləsi var.