Azərbaycanın futzal millisinin AÇ-2026-nın əsas mərhələsində aprelin 11-də səfərdə İsveç və bundan 4 gün sonra Bakıda Xorvatiya ilə keçirəcəyi oyunlara təyinatlar açıqlanıb.


Rekord.az Futzal Fedrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, səfərdəki görüşü İngiltərədən, Bakıdakı qarşılaşmanı isə Kiprdən olan hakimlər briqadası idarə edəcək.


AÇ-2026, əsas mərhələ

11 aprel


21:00. İsveç – Azərbaycan

Hakimlər: Peter Nurse, Cordan Qriffits, Oliver Rodriqes-Bellinqer (hamısı İngiltərə).

Hakim-inspektor: Boqdan Soresku (Rumıniya).

Timekiper: Corc Yansizian (İsveç).

"Helsinqborq Arena"


15 aprel


20:00. Azərbaycan – Xorvatiya

Hakimlər: Yanqos Yanqu, Nikolas Nikolau, Teoçaris Teoçarus (hamısı Kipr).

Hakim-inspektor: Qjerqji Bitri (Malta).

Bakı İdman Sarayı