Azərbaycanın kişilərdən ibarət basketbol millisinin 2027-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının təsnifat mərhələsinin Kosovo ilə oyununun başlama saatı dəyişdirilib.

Rekord.az xəbər verir ki, qarşılaşma fevralın 25-də, günorta saatlarında baş tutacaq.

“Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq matçın startı 19:00-a planlaşdırılırdı. Lakin görüşün saat 14:00-da başlaması qərara alınıb.

Azərbaycan millisi təsnifat mərhələsində ilk oyununu fevralın 22-də İsveçrəyə qarşı keçirəcək. Səfər görüşünə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.