Millimizin məşqçisi Türkiyə klubu ilə razılığa gəlib
- 23 Sen 2022 16:53
- 449
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin köməkçi məşqçisi Emin Əbilovun yeni mövsümdəki iş yeri bəlli olub. "Rekord.az" xəbər verir ki, təcrübəli mütəxəssis karyerasını Türkiyədə davam etdirəcək.
Əbilov "Sarıyer Belediyespor" klubu ilə razılığa gəlib. O, ən azı bir il İstanbul təmsilçisinin köməkçi məşqçisi kimi çalışacaq.
Qeyd edək ki, "Sarıyer BLD" 2022/2023-cü illər mövsümündə Sultanlar Liqasında mübarizə aparacaq.