Millimizin məşqçisi Türkiyə klubunda
- 24 Sen 2021 12:50
- 730
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Türkiyədə çalışacaq. "Rekord.az" xəbər verir ki, yığmamızın köməkçi məşqçisi Emin Əbilov 2021/22 illər mövsümü üçün "Sarıyer Belediyespor" klubu ilə razılığa gəlib.
Əbilov yeni komandasında köməkçi məşqçi olaraq 1 il fəaliyyət göstərəcək.
Qeyd edək ki, "Sarıyer" Türkiyə Sultanlar Liqasında mübarizə aparır.