
Millimizin növbəti darmadağını
- 26 Mar 2025 16:40
- 101
Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünü keçirib.
Rekord.az xəbər verir ki, U-17 Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Oyun meydan sahiblərinin 3:0 hesablı qalibiyyəti ilə yekunlaşıb.
Komandalar arasında martın 23-də keçirilən ilk yoxlama matçında Belarus seçməsi 3:0 hesablı qələbə qazanıb.