Millimizin oyunçusu Azərbaycan soyadından imtina etdi
- 13 Yan 2021 14:50
- 836
Azərbaycan yığmasının voleybolçusu Olena Həsənova özünə yeni klub tapıb.
Rekord.az xəbər verir ki, 26 yaşlı milliləşdirilmiş oyunçu karyerasını Macarıstanda davam etdirəcək.
Ötən mövsümün sonunda Fransanın "Volero Le Kann” klubundan ayrılan blokçu "MCM-Diamant” klubu ilə razılıq əldə edib. O, ən azı mövsümün sonunadək Kapoşvar təmsilçisinin şərəfini qoruyacaq.
Maraqlıdrı ki, yeni komandası 2014-cü ilin iyununda yığmamıza cəlb olunan Ukrayna əsilli voleybolçunu Həsənova kimi deyil, əvvəlki soyadı - Xarçenko kimi təqdim edib.
Bu,zədə bəhanəsi ilə əsas komandamızın son yarışlarında iştirak etməyən blokçunun millidəki taleyinə bir qədər də kölgə salıb.
Hər halda Azərbaycan Voleybol Federasiyasının bu məsələni "Telekom”un yetirməsi ilə aydınlaşdıracağı proqnozlaşdırılır.