Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Monteneqro ilə oyunu qeyri-sabit hava şəraiti ilə əlaqədar öncədən nəzərdə tutulduğu kimi saat 15:00-da başlamayacaq.


Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. 


Bildirilib ki, baş hakim vəziyyətə yerində baxış keçirdikdən sonra matçın keçirilib-keçirilməyəcəyi ilə bağlı qərar verəcək.