Millimizin oyunu yenidən Sumqayıtda
- 22 Okt 2019 17:21
- 982
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Lixtenşteyn oyununun stadionu müəyyənləşib.
Rekord.az xəbər verir ki, qarşılaşma Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da keçiriləcək. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Noyabrın 14-də keçiriləcək sözügedən qarşılaşmaya saat 18:00-da start veriləcək.