
Millimizin oyununda Çingiz İsmayılovun xatirəsi yad ediləcək
- 25 Mar 2025 19:46
- 54
Azərbaycan milli komandasının Belarus yığması ilə bu gün "Bank Respublika Arena"da keçirəcəyi yoxlama görüşündən əvvəl AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılovun xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Sükut zamanı mərhumun şəkli stadiondakı tabloda öz əksini tapacaq.
Qeyd edək ki, oyun saat 21:45-də başlayacaq.