Millimizin Millətllər Liqasında rəqibi olan Kipr yığmasının kapitanı Giorqos Merkis milli karyerasını başa vurub.

Rekord.az xəbər verir ki, APOEL-in futbolçusu bu barədə İnstagram səhifəsində paylaşım edərək klub karyerasına diqqət ayıracağını qeyd edib.

36 yaşlı müdafiəçi millidə 54 oyun keçirib, 2 qol vurub.

Qeyd edək ki, Kipr UEFA Millətlər Liqasında C Liqasının I qrupunda Azərbaycan, Monteneqro və Lüksemburqla birgə yer alıb.